Con Kerri və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər

Con Kerri və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər
# 30 iyun 2016 19:08 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri aralarında keçirilmiş telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

“Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə keçirilən danışıqlar prosesində son hadisələri, xüsusən, Vyana və Sankt Peterburq görüşlərində əldə olunan razılaşmaların icrası prosesini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR