NATO Polşada raket hücumundan müdafiə sistemi üçün infrastruktur yaradacaq

NATO Polşada raket hücumundan müdafiə sistemi üçün infrastruktur yaradacaq
# 18 yanvar 2016 14:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. NATO bu ilin baharında Polşa ərazisində raket hücumundan müdafiə sistemi üçün infrastrukturun yaradılmasına başlayacaq.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Polşa prezidenti Anjey Duda ilə keçirdiyi görüşdən sonra bildirib. “Yazda biz Polşada raket əleyhinə müdafiə sisteminin qurulması üçün vacib məntəqə yaradılmasına başlayacağıq”, -deyə Y. Stoltenberq qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR