Ötən il 2874 qutu dərman preparatı satışdan çıxarılıb

Ötən il 2874 qutu dərman preparatı satışdan çıxarılıb
# 04 mart 2016 10:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Dərmanların keyfiyyətinə nəzarət məqsədi ilə 2015-ci ildə ölkədə fəaliyyət göstərən 113 əczaçılıq müəssisəsində yoxlama keçirilib.

APA-nın xəbərinə görə, bu haqda Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib. Hesabatda qeyd olunub ki, xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 4 aptek aşkarlanaraq fəaliyyəti dayandırılıb: “Qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş 835 adda 2874 qutu dərman preparatı satışdan çıxarılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR