Gənc istedadlar xüsusi təqaüdə layiq görülüb

Gənc istedadlar xüsusi təqaüdə layiq görülüb
# 06 oktyabr 2016 16:43 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Hüseynova Fidan Yaqub qızı – Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Məmmədov Əli Zaur oğlu – ABŞ, Nyu-York Manhetten Musiqi Məktəbinin tələbəsi

Məsimov Nicat Rafiq oğlu – Azərbaycan Milli Konservatoriyasının tələbəsi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR