Azərbaycanda sərnişindaşıma 3,6% artıb

Azərbaycanda sərnişindaşıma 3,6% artıb
# 15 sentyabr 2015 14:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 148,9 mln. ton yük daşınıb və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 3,1%-i dəniz, 7,8%-i dəmir yolu, 61,5%-i avtomobil nəqliyyatı, 27,6%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-neft yüklərinin həcmi 2,5% artaraq 107,4 mln. tona çatıb.

Qeyri-dövlət sektorunda yük daşınması 5,2% artıb, bu sektora məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı daşımaların ümumi həcmində 80% təşkil edib.

Yanvar-avqust aylarında nəqliyyatçılar 1 mlrd. 211,2 mln. sərnişinə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,9%-i avtomobil nəqliyyatı, 11,9%-i metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR