Bakıda mənzildə köməksiz qalan 2 azyaşlı xilas edilib

Bakıda mənzildə köməksiz qalan 2 azyaşlı xilas edilib
# 28 noyabr 2015 15:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin qapısını açıb. Daha sonra azyaşlılar valideynlərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR