Şabranın Əmirxanlı kəndində torpaq sürüşməsi baş verib

Şabranın Əmirxanlı kəndində torpaq sürüşməsi baş verib
# 04 aprel 2016 10:18 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Şabran rayonunun Əmirxanlı kəndində torpaq sürüşməsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, təbii fəlakət nəticəsində bir evə ziyan dəyib. Qazbabalı və Əmirxanlı kəndləri arasındakı yol dağılıb. Sürüşmə nəticəsində evinə ziyan dəyən Əmirxanlı kənd sakini Amil Fərmanov APA-ya bildirib ki, son günlər yağan yağışlardan sonra sürüşmə aktivləşib: “Şabran rayon İcra Hakimiyyətindən nümayəndələr baxıblar”.

Mirxanlı kənd bələdiyyəsinin sədr müavini Cabir Məmmədovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, son vaxtlar sürüşmə prosesinin aktivləşməsi nəticəsində bir evə ziyan dəyib. O bildirib ki, həyəti torpaqla dolan vətəndaşın həyətyanı sahəsi İcra Hakimiyyətinin müvafiq texnikası tərəfində torpaqdan təmizlənib: “Amma orda yaşamaq qeyri-mümkündür. Hazırda kənddə tikinti işləri dayandırılıb, tikintinin aparılmasına icazə verilmir. Qazbabalı ilə Əmirxanlı kəndi arasındakı yolda son vaxtlar yağan yağışlardan sonra sürüşmə aktivləşib. Minik maşınlarının hərəkəti dayanıb”.

Şabranın Əmirxanlı kəndi rayon mərkəzindən 10 km aralıda yerləşir, kəndin 2 mindən çox əhalisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR