Şirvanda “Opel" və "Mercedes" toqquşub, xəsarət alan var

Şirvanda “Opel" və "Mercedes" toqquşub, xəsarət alan var
# 26 yanvar 2016 19:39 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində “Opel" və "Mercedes" markalı minik avtomobillərinin toqquşub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış “Opel" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR