Putin işləyən təqaüdçülərin pensiyalarının 2016-cı il üçün nəzərdə tutulan indeksasiyasını ləğv edib

Putin işləyən təqaüdçülərin pensiyalarının 2016-cı il üçün nəzərdə tutulan indeksasiyasını ləğv edib
# 30 dekabr 2015 03:26 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin işləyən təqaüdçülərin pensiyalarının 2016-cı il üçün nəzərdə tutulan indeksasiyasının ləğv olunması haqqında qanun imzalayıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, qanun fevralın 1-dən işləməyən yaşa görə təqaüdçülərin, yanvarın 1-dən isə kosmonavtların və onların ailə üzvlərinin pensiyalarının 4 faiz indeksasiya edilməsini nəzərdə tutur.

Bundan başqa, 2016-cı ilin aprelin 1-dən sosial pensiyaların da indeksasiya ediləcəyi nəzərdə tutulub.

Qanun işləyən təqaüdçülərin pensiyalarının 2016-cə ildə indeksasiyasının ləğv edilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR