Təhsil Nazirliyinin Kollegiyasının tərkibində dəyişiklik edilib

Təhsil Nazirliyinin Kollegiyasının tərkibində dəyişiklik edilib
# 19 aprel 2016 14:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Təhsil Nazirliyinin Kollegiyasının tərkibində dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişiklik Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin dəyişməsi ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Adi Məclisinin sədri Vasif Talıbovun 17 fevral 2016-cı il tarixli sərəncamı ilə Piri Nağıyev Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib və bu vəzifəyə Məmməd Qəribov təyin edilib. Bununla əlaqədar P. Nağıyev Təhsil Nazirliyinin Kollegiyasının üzvlüyündən çıxarılıb, onu M. Qəribov əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR