Meksikanın Azərbaycandakı səfiri mədəniyyət və turizm naziri Əbulfəz Qarayevlə görüşüb

Meksikanın Azərbaycandakı səfiri mədəniyyət və turizm naziri Əbulfəz Qarayevlə görüşüb
# 15 oktyabr 2015 13:02 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini mədəniyyət və turizm naziri Əbulfəz Qarayevlə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib. Nazir Əbülfəs Qarayev 2010-cu ildə Meksikanı ziyarət etdiyini vurğulayıb. Hər iki tərəf üçün faydalı ola biləcək əməkdaşlığın yeni yollarını inkişaf etdirməkdə iki ölkənin paytaxtlarında səfirlərin fəaliyyət göstərməsinin böyük rolu olduğu vurğulanıb. Qeyd edilib ki, Nyu-York, Frankfurt, London, Paris və gələn ildən İstanbul vasitəsilə hər iki paytaxtdan baş tutacaq uçuşlar ölkələr arasında olan turist axınını çoxaldacaq, bu isə öz növbəsində mədəniyyət mübadiləsinə və qarşılıqlı tanıtıma töhfə verəcək.

Hər iki tərəf Meksika və Azərbaycan arasında sözügedən sahədə əlaqələrin inkişafı üçün əsas təşkil edəcək sənədin imzalanacağına əminliklərini ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR