BAXCP sədri Tunisə gedib

BAXCP sədri Tunisə gedib
# 12 noyabr 2015 08:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP) Qüdrət Həsənquliyev Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of European Conservatives and Reformists - AECR) Şurasının iclasında iştirak etmək üçün Tunisə yola düşüb.


Partiyadan APA-ya verilən məlumata görə, şuranın iclasında BAXCP sədrinin AECR-in Reykyavik bəyannaməsini imzalayacağı vəpartiyanın Alyansa tamhüquqlu üzv qəbul ediləcəyi gözlənilir.


BAXCP sədrini səfərdə onun beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli müşaiyət edir.


Xatırladaq ki, AECR-in bu il mayın 22-də Londonda keçirilən illik toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR