AFFA FİFA prezidentliyinə seçkilərdə səs verəcəyi namizədin adını açıqlayıb

AFFA FİFA prezidentliyinə seçkilərdə səs verəcəyi namizədin adını açıqlayıb
# 04 fevral 2016 12:37 (UTC +04:00)

Bakı – APA. FİFA-nın Seçki Komissiyası prezident vəzifəsinə irəli sürülən 5 namizədi təsdiq edib. Apasport.az saytının məlumatına görə, AFFA namizədlər arasında seçimini edib.

Belə ki, assosiasiya Canni İnfantinonun prezidentliyinə namizədliyini dəstəklədiyini bəyan edib.

Namizədlərdən biri olan UEFA-nın hazırkı baş katibi 15 ildi bu qurumda çalışır. 6 il indiki vəzifəsində fəaliyyət göstərən İnfantino bu müddətdə böyük təcrübə toplayıb və hazırda Avropa futbol ailəsinin ən nüfuzlu mütəxəssislərindən sayılır.

2016-cı il yanvarın 19-da seçkiqabağı proqramını ictimaiyyətə təqdim edən İnfantino islahat və effektiv idarəetmə, demokratiya və yardım, həmçinin futbolun inkişafına üstünlük verdiyini qeyd edib.

Qeyd olunan proqramla İnfantino dünya futbolunun yaxın illərdə inkişafı haqqında baxışlarını və ideyalarını bölüşüb. UEFA-nın üzvü olan milli assosiasiyaların əksəriyyəti, o cümlədən AFFA, həmçinin başqa konfederasiyaları təmsil edən bəzi federasiyalar İnfantinoya öz dəstəklərini bildiriblər.

Mənbə: affa.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR