"S&P" Gürcüstanın Neft-qaz Korporasiyasının reytinqləri üzrə proqnozlarını endirib

"S&P" Gürcüstanın Neft-qaz Korporasiyasının reytinqləri üzrə proqnozlarını endirib
# 09 mart 2016 09:57 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Standard & Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi Gürcüstanın Neft-qaz Korporasiyasının reytinqləri üzrə proqnozlarını "Stabil"dən "Neqativ"ə endirib.

"APA-Economics" xəbər verir ki, bu barədə "S&P"-nin yaydığı məlumatda deyilir.

Korporasiyanın uzunmüddətli korporativ kredit reytinqi "B+" səviyyəsində təsdiqlənib.

Agentliyin açıqlamasında deyilir ki, reytinq üzrə proqnozların dəyişməsinə səbəb korporasiyanın 2016-2017-ci illər üzrə planlaşdırdığı iri investisiya yatırımlarıdır. Bildirilir ki, şirkət Qardabani rayonunda istilik elektrik stansiyasının genişləndirilməsinə 200-250 mln. dollar, o cümlədən yeraltı qaz anbarlarının tikintisinə 250 mln. dollar yatırmaq niyyətindədir. Bu isə öz növbəsində korporasiyanın borclarını artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR