Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlıq edən Türkiyə şirkəti ləğv olunub

Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlıq edən Türkiyə şirkəti ləğv olunub
# 07 yanvar 2016 08:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” anonim şirkətinin Bakı ofisi ləğv olunub.

Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyindən xəbər verilib.

Bildirilib ki, bu barədə filialın 2016-cı il yanvarın 6-da keçirilən ümumi yığıncağında

Qərar qəbul edilib. Qərara əsasən, hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmir. Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Rəşid Behbudov ev 15D ünvanına bildirə bilərlər.

Mülki Məcəllənin 61.7-ci maddəsinə əsasən, ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək.

Qeyd edək ki, "Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” anonim şirkəti bir müddət əvvəl Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kadastr işlərinin aparılması və xəritəçəkmə məsələləri ilə bağlı elan edilmiş tenderin qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR