Azərbaycan prezidenti bolqarıstanlı həmkarı və Polşanın sabiq dövlət başçısı ilə görüşüb

Azərbaycan prezidenti bolqarıstanlı həmkarı və Polşanın sabiq dövlət başçısı ilə görüşüb
# 10 mart 2016 11:40 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Polşanın sabiq prezidenti Bronislav Komorovskini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, yüksək səviyyədə təşkil edilən tədbirin ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunun getdikcə daha da artdığı bildirilib.

Qeyd olunub ki, dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmələri baxımından Forum çox yaxşı fürsətdir.

Dövlət başçısı həmçinin Bolqarıstan prezidenti Rosen Plevnelievlə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə edilib. Sərmayə qoyuluşu, enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafından məmnunluq bildirilib və Bolqarıstanın bu münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verməyə hazır olduğu vurğulanıb.

Görüşdə IV Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edilib, səmərəli müzakirələrin aparılması üçün tədbirin yaxşı imkan yaratdığı bildirilib. Diqqətə çatdırılıb ki, Forumun gündəliyində duran məsələlər aktualdır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR