Canet Yellen: “Uçot dərəcəsinin ilin sonunadək artırılması gözlənilir”

Canet Yellen: “Uçot dərəcəsinin ilin sonunadək artırılması gözlənilir”
# 21 sentyabr 2016 22:24 (UTC +04:00)

Bakı-APA-Economics. Uçot dərəcəsinin ilin sonunadək artırılması gözlənilir.

APA-Economics-in məlumatına görə, bunu ABŞ-ın Federal Ehtiyatlar sisteminin direktoru Canet Yellen mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, uçot dərəcəsinin artırılmasına əsaslar güclənsə də, FED iqtisadiyyatın, o cümlədən əmək bazarının möhkəmlənməsinə dair məlumatları gözləməyə üstünlük verir.

“Hesab edirəm ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur, lakin hələ ki gözləməyə qərar verdik”, deyə C.Yellen bildirib.

FED-in Açıq Bazar üzrə Federal Komitəsinin əksəriyyətinin üzvləri də uçot dərəcəsinin ilin sonunadək bir dəfə artırılmasını gözləyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR