Bakıda Azərbaycan iqtisadi diversifikasiyasının sürətləndirilməsi müzakirə olunub

Bakıda Azərbaycan iqtisadi diversifikasiyasının sürətləndirilməsi müzakirə olunub
# 26 noyabr 2015 13:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə “Azərbaycanda iqtisadi diversifikasiyanın sürətləndirilməsi: Kənd Təsərrüfatı Sahəsinə Dəstək” adlı tədbir keçirilib.

APA-Economics”in verdiyi xəbərə görə, tədbirin məqsədi yeni başladılmış “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti” layihəsinin (AZAFF) uğurla həyata keçirilməsi üçün əməkdaşlığın gücləndirilməsi və hal-hazırda Azərbaycan fermerlərinin üzləşdikləri maliyyə və məsləhət problemlərini nəzərdən keçirməkdir.

Tədbirdə Aİ, AYİB, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri, o cümlədən, aparıcı və beynəlxalq maliyyə institutları, yerli aqrobiznesləri iştirakçıları iştirak edib.

Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, İqtisadiyyat və Sənaye Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Şöbəsinin müdiri Ruslan Rüstəmli çıxış ediblər.

Daha sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard son iki onilliklər ərzində Avropa İttifaqının Azərbaycanda kənd təsərrüfatının və kənar ərazilərin inkişafında əsas donor olduğunu qeyd edib. “Avropa İttifaqı gələcəkdə də kənd yaşayış ərazilərinin və iqtisadi diversifikasiyanın sürətləndirilməsinə dəstək verməyə davam edəcək. Kənd təsərrüfatı məhsulları və ərzaq istehsalçıları üçün maliyyə xidmətlərinin əldə olunması ən böyük problem kimi müəyyən olunub və yeni Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsinin bu problemin aradan qaldırılması üçün böyük töhfəsi olacaq”, - deyə M. Mard bildirib.

AYİB-in Bakıdakı Daimi Nümayəndəliyinin başçısı Nil MakKeyn, AYİB-in maliyyə institutları və aqrobizneslər sahəsinə fokuslanan yeni strateqiyasını təqdim edib. “AZAFF Azərbaycanda ilk layihədir ki, özündə AYİB-in Kənd Təsərrüfatı ilə məşğul olan KOS-un risk-bölüşmə mexanizmi ilə maliyyələşməsini və həm partnyor maliyyə institutları həm də borcalanlara texniki dəstəyi birləşdirir. Təklif olunan yanaşmanın əsası kənd təsərrüfatı maliyyələşməsinə olan tələb və təklifi və eləcə də, kənd təsərrüfatı sahibkarlarına göstərilən biznes xidmətlərinin inkişafını sürətləndirməklə, Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına dəstək olmaq və yerli banklara kredit profillərinin diversifikasiyasında kömək etmək və onların regional inkişafını artırmaqdan ibarətdir.”

Tədbirin təşkilatçılığı layihənin texniki konsultasiyasında partnyorluq edən Frankfurt School of Finance and Management tərəfindən həyata keçirilib. Dr. Christophe Cordonnier, Frankfurt School-un baş agronomisti və AZAFF layəsinin qrup rəhbəri neft krizisinin imkana çevrilməsi və Azərbaycanda rəqabətə davamlı kənd təsərrüfatı və iqtisadi diversifikasiya haqqında çıxışını təqdim edib.

Tədbirin ikinci hissəsi yerli partnyor maliyyə institutlarının, eləcə də Azərbaycandakı fermer və agrobizneslərin faydalanması üçün təşkil edilib. Proqramın layihə meneceri və Kənd təsərrüfatı üzrə maliyyə eksperti cənab Erdal Koçoğlu AZAFF layihəsinin texniki yardım yanaşmasını və AYİB-in Türkiyə və Tacikistanda olan layihələrində uğurla həyata keçirdiyi innovativ kənd təsərrüfatı kreditlərinin qiymətləndirməsi sistemi olan ALES-i təqdim edib.

ALES hal-hazırda Azərbaycan kənd-təsərrüfatı sahəsinin özəlliklərinə uyğun şəkildə inkişaf etdirilir və yaxın zamanlarda AZAFF-ın partnyor maliyyə institutlarının istifadəsi üçün açıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR