Türkiyədə törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb

Türkiyədə törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb
# 30 may 2016 19:38 (UTC +04:00)

Bakı-APA. Şırnak vilayətinin Silopi bölgəsində törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış polisə məxsus zirehli maşın keçdiyi zaman törədilib.

İlkin məlumata görə, hadisə nəticəsində 4 dinc sakin ölüb, 5-i polis əməkdaşı olmaqla 19 nəfər yaralanıb. Yaralılar Silopi Dövlət Xəstəxanasına göndərilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Terrorçuların axtarışı və zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR