Bakıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıb
# 30 yanvar 2016 09:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 29-da metronun “28 May” stansiyasının qarşısında Abşeron rayon sakini Aysel Allahverdiyevaya məxsus içərisində 40 manat və 100 ABŞ dolları olan pul kisəsini oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sevinc Hüseynova Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 22-ci Polis Bölməsinə təhvil verilib.

Yanvarın 29-da Binəqədi rayonu ərazisində, 192 saylı xətt avtobusunda Bərdə rayon sakini Telman Qasımzadənin cibindən oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakinləri Zülfüqar Qədirov və Rüfət Hüseynov avtobusda olan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi rayon 6-cı Polis Bölməsinə təhvil veriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR