ABŞ Rusiyadan raket mühərrikləri almaqda davam edəcək

ABŞ Rusiyadan raket mühərrikləri almaqda davam edəcək
# 11 iyun 2016 01:56 (UTC +04:00)

Bakı-APA. ABŞ Rusiya istehsalı olan RD-180 raket mühərriklərini almaqda davam edəcək.

APA-nın “Sputnik”-ə istinadən məlumatına görə, bunu senator Riçard Şelbi bəyan edib.

Onun sözlərinə görə, ABŞ Senatında bununla bağlı razılığa gəlinib.

“Məsələ razılaşdırılıb. 2022-ci ilədək Rusiyadan 18 ədəd RD-180 raket mühərriki tədarük ediləcək”, deyə R.Şelbi bildirib.

ABŞ adıçəkilən raket mühərriklərini Hərbi-Hava Qüvvələri və NASA-nın ehtiyaclarına uyğun olaraq əldə edir.

Bundan əvvəl Pentaqon Rusiyaya məxsus raket mühərriklərindən imtina etmək niyyətində olduğunu bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR