Azərbaycanda bir neçə nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib

Azərbaycanda bir neçə nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib
# 20 fevral 2016 11:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda bir neçə nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan Ülkər Abdullayeva, Cəlilabad rayonunun Sabirabad kəndində yaşayan Sevinc Əzizova dərmandan, Gəncə şəhər sakini Barat Dadaşov isə kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR