Bank Of Baku

ABŞ avqust ayından Qazaxıstandan idxala 25% rüsum tətbiq edəcək

ABŞ avqust ayından Qazaxıstandan idxala 25% rüsum tətbiq edəcək
# 07 iyul 2025 22:39 (UTC +04:00)

ABŞ avqustun 1-dən Qazaxıstandan idxal olunan mallara 25% gömrük rüsumunun tətbiqinə qərar verib.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

Tramp "Truth" hesabında Qazaxıstan prezidentinə ünvanlanmış məktubun mətnini paylaşıb.

Məktubda qeyd olunub ki, Astana Vaşinqtona qarşı cavab rüsumları tətbiq etmək qərarına gəlsə, ABŞ Qazaxıstana münasibətdə rüsum dərəcəsini artıracaq.

Bu rüsum dərəcəsi də Astananın təyin etmək qərarına gəldiyi məbləğ qədər artacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR