ABŞ-da on bir məhbus həbsxanadan qaçıb

ABŞ-da on bir məhbus həbsxanadan qaçıb
# 17 may 2025 05:42 (UTC +04:00)

ABŞ-ın Luiziana ştatının Nyu-Orlean şəhərində həbsxanadan 11 məhbus qaçıb.

APA xəbər verir ki, bununla bağlı Luiziana əyalət polisi açıqlama verib.

Məlumata görə, polis qaçan məhbuslardan birini yaxalayıb, 10 məhbusun tapılması üçün isə axtarış aparılır.

Qaçanların isə 19-42 yaş arası kişilər olduğu bildirilib.

Hazırda hüquq mühafizə orqanları məhbusların necə və hansı yollarla qaçdırları ilə bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR