Bank Of Baku

ABŞ-da Qəzza ilə bağlı mitinqlərdə iştirak etmiş 300-dən çox tələbənin vizası ləğv edilib

ABŞ-da Qəzza ilə bağlı mitinqlərdə iştirak etmiş 300-dən çox tələbənin vizası ləğv edilib
# 28 mart 2025 10:05 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Qəzza ilə bağlı mitinqlərdə iştirak etmiş 300-dən çox tələbənin vizasını ləğv edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio keçirdiyi mətbuat konfransında türkiyəli tələbə Rumeysa Öztürkün mülki geyimdə olan maskalı şəxslər tərəfindən saxlanılması ilə bağlı suala cavabında bildirib.

“Məncə hazırda onların sayı 300-dən çoxdur. Biz bunu hər gün edirik. Mən hər gün bu lunatiklərdən birini tapdığım zaman vizasını ləğv edirəm”, - Rubio deyib.

ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton “universtitetlərdə vandallıq, tələbələrə qarşı zorakılıq, binaları ələ keçirmə” kimi fəaliyyətlərdə iştirak edən tələbələrə verilmiş istənilən vizanı ləğv edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR