Bank Of Baku

Nyu-Yorkda binanın uçması nəticəsində 2 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb

Nyu-Yorkda binanın uçması nəticəsində 2 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb
# 12 noyabr 2026 07:10 (UTC +04:00)

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli binanın uçması nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidmətinin komissarı Lillian Bonsinyore mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan dördünün vəziyyəti ağırdır. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur, axtarış-xilasetmə əməliyyatı davam edir.

Hadisənin səbəbi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR