Bank Of Baku

ABŞ Dövlət Departamenti 6 media orqanına abunəliyi ləğv edir

ABŞ Dövlət Departamenti 6 media orqanına abunəliyi ləğv edir
# 20 fevral 2025 08:32 (UTC +04:00)

ABŞ-də prezident Donald Tramp administrasiyasının federal ixtisarları media qurumlarına da təsir edib.

APA xəbər verir ki, bu haqda “Washington Post” qəzeti məlumat yayıb.

ABŞ Dövlət Departamenti ilk dəfə fevralın 11-də dünyadakı diplomatik nümayəndəliklərdən missiya baxımından o qədər də lazım olmayan media abunələrinin ləğv edilməsi təlimatını verib.

Fevralın 14-də isə Dövlət Departamentinin əməkdaşlarına “The Economist”, “The New York Times”, “Politico”, “Bloomberg News”, “The Associated Press” və “Reuters” kimi KİV-lərə abunəlikləri ləğv etmək tapşırılıb.

Qeyd olunub ki, departament işçiləri müəyyən abunəliklərin saxlanmasına etiraz edə bilərlər, lakin bunun üçün ciddi əsaslar təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR