Bank Of Baku

ABŞ Dövlət katibi: Tramp sonu görünməyən danışıqlarda iştirak etməyəcək

ABŞ-ın dövlət katibi Marko Rubio

© APA | ABŞ-ın dövlət katibi Marko Rubio

# 04 aprel 2025 16:33 (UTC +04:00)

ABŞ aylar sonra yox, bir neçə həftə sonra Rusiyanın sülhə hazır olub-olmadığını biləcək.

APA “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin Brüssel görüşünün yekunlarını şərh edərkən deyib.

O bildirib ki, bu müharibəni hər iki tərəf üçün məqbul şərtlərlə bitirmək mümkündür: “Əgər hər iki tərəf razılaşarsa. İndi bu şərtləri tapmaq prosesindəyik və tezliklə Rusiyanın sülhə hazır olub-olmadığını aylar sonra yox, həftələr sonra biləcəyik

Rubionun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın əsas məqsədi Ukraynada müharibəni mümkün qədər tez bir vaxtda başa çatdırmaqdır:

“Əgər yenidən müharibəni uzatmaq taktikası seçilsə, sonu görünməyən danışıqlarda iştirak etməyəcəyik. Nə biz, nə də Donald Tramp bu yola getməyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR