“Ən birinci məqam xalqlar arasında etimad və barışığın bərpa edilməsidir”.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
“Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
Prezidentin köməkçisi bildirib ki, bu, hər hansı post-münaqişə dövrünün ən mühüm və çətin hissəsidir: “Məsələn, biz digər post-münaqişə dövrlərini də öyrənirik. Balkanların vəziyyətinə baxaq. Ötən əsrin 90-cı illərinin əvvəllərində bütün münaqişələr həll olundu, lakin region ölkələri arasında hələ də etimadsızlıq mövcuddur.
Ermənistan-Azərbaycan kontekstində də çox dürüst olmalıyıq. Tariximizdə erməni xalqı ilə ortaq yaddaşımızın bəzi qaranlıq səhifələri var. Biz bu keçmişi silmirik, lakin gələcəyə sülh yolu ilə baxırıq”.