Bank Of Baku

ABŞ dövlət katibi Türkiyəyə başsağlığı verib

ABŞ dövlət katibi Türkiyəyə başsağlığı verib
# 16 oktyabr 2022 04:10 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Türkiyədə kömür mədənindəki partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Blinken “Twitter” səhifəsində paylaşım edib.

“Türkiyənin Bartın əyalətindəki mədəndə baş verən partlayışda insan tələfatı bizi kədərləndirdi. Qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və zərərçəkənlərin tam sağalmasını arzulayıram”,- deyə Blinken bildirib.

Xatırladaq ki, ötən gün Bartında kömür mədənində baş verən partlayışda 41 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR