Bank Of Baku

ABŞ Ermənistanda da daxil olmaqla, bəzi ölkələrdə xarici yardım layihələrini maliyyələşdirməkdən imtina edib

ABŞ Ermənistanda da daxil olmaqla, bəzi ölkələrdə xarici yardım layihələrini maliyyələşdirməkdən imtina edib
# 15 aprel 2025 22:36 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Ermənistanda da daxil olmaqla, müxtəlif ölkələrdə həyata keçirilən xarici yardım layihələrinə ayrılmış ümumilikdə 215 milyon dollar dəyərində maliyyəni ləğv edib.

APA xəbər verir ki, bu barədə ABŞ Hökümətinin Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.

"Bəzi xarici yardım proqramlarının məqsədəuyğunluğu Dövlət Departamenti tərəfindən yenidən nəzərdən keçirilir. Dövlət katibi Rübio bu gün dəyəri 215 milyon dollar olan 139 faydasız qrantın ləğv olunduğunu elan edib", - qurumun "X" hesabındakı paylaşımında bildirilir.

Məlumata görə, ləğv olunan qrantlar sırasında Dövlət Departamentinin Ermənistanda, Bolqarıstanda, Braziliyada, Böyük Britaniyada, Qırğızıstanda, Liviyada, Mavritaniyada, Moldovada, Tunisdə, Özbəkistanda və Şri-Lankada həyata keçirdiyi müxtəlif proqramlar yer alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR