Birləşmiş Ştatlar ümid edir ki, həftənin sonunadək Qəzza zolağında atəşkəslə bağlı razılaşma əldə olunacaq.
APA xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.
“Hazırda dolayı danışıqlar mərhələsindəyik. Ümid edirik ki, həftənin sonunadək 60 günlük atəşkəslə nəticələnəcək razılaşmaya nail olacağıq. Bu, 10 girovun azad edilməsinə və həlak olmuş 9 nəfərin cəsədinin təhvil verilməsinə yol açacaq. Hesab edirik ki, bu razılaşma Qəzzada uzunmüddətli sülhə gətirib çıxaracaq”, – deyə Uitkoff bildirib.