Bank Of Baku

ABŞ HƏMAS tərəfdarlarının viza və “qrin kart”larını ləğv edəcək

ABŞ HƏMAS tərəfdarlarının viza və “qrin kart”larını ləğv edəcək
# 10 mart 2025 05:34 (UTC +04:00)

ABŞ Dövlət Departamenti sonradan deportasiya etmək məqsədilə HƏMAS tərəfdarlarının giriş vizalarını və “qrin kart”larını ləğv edəcək.

APA xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “X” hesabında bildirib.

"Biz ABŞ-dəki HƏMAS tərəfdarlarının vizalarını və yaxud “qrin kart”larını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər", - o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ-nin Fələstinə dəstək nümayişlərində iştirak edən əcnəbi tələbələri və digər vətəndaşları ölkədən çıxaracağını vəd etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR