Bank Of Baku

ABŞ-ın Miçiqan ştatında 5 nəfər öldürülüb, şübhəli şəxs ölü tapılıb

ABŞ-ın Miçiqan ştatında 5 nəfər öldürülüb, şübhəli şəxs ölü tapılıb
# 15 avqust 2026 08:59 (UTC +04:00)

ABŞ-ın Miçiqan ştatında silsilə cinayətlər nəticəsində 5 nəfər öldürülüb, daha 1 nəfər yaralanıb.

Bu barədə “Associated Press” yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Polis atışma barədə məlumat aldıqdan sonra evlərdən birinə gəlib və orada 3 nəfərin meyitini, bir yaralını aşkarlayıb.

Şübhəli, 39 yaşlı Çed Hikmanın axtarışı zamanı başqa bir evdə daha bir meyit tapılıb.

Daha sonra polis Hikmanın avtomobilini Uitlok gölü yaxınlığındakı meşəlik ərazidə aşkar edib. Ərazidə onun meyiti və daha bir şəxsin cəsədi tapılıb.

Hadisə nəticəsində ümumilikdə 6 nəfərin öldüyü bildirilir. Ölüm səbəbləri və qurbanlarla şübhəli arasındakı mümkün əlaqə hələ açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR