Bank Of Baku

ABŞ-in yüksək səviyyəli rəsmilərinin şəxsi məlumatları internetə sızıb

ABŞ-in yüksək səviyyəli rəsmilərinin şəxsi məlumatları internetə sızıb
# 27 mart 2025 11:17 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın ən yaxın müşavirlərindən bəzilərinin məlumatları internetə sızıb.

APA xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Hesabata ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard və müdafiə naziri Pit Heqset də daxil edilib.

Bildirilib ki,onların internetdə açıq şəkildə telefon nömrələri, e-poçt ünvanları və hətta parollarını tapmaq mümkündür.

Bu məlumatlar Ağ Evin yüksək rütbəli məmurlarının Yəməndəki Husilərə qarşı hərbi əməliyyatların məxfi təfərrüatlarını müzakirə etdiyi vaxtda açıqlanıb.

Qeyd edilib ki, ABŞ-in The Atlantic jurnalının baş redaktoru Ceffri Qoldberq, yanlışlıqla “Signal” qrupuna əlavə edilib və burada Yəməndəki Hutilərə qarşı hərbi əməliyyatların məxfi təfərrüatları yüksək təhlükəsizlik rəsmiləri tərəfindən müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR