ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hava zərbələri seriyasının başa çatdığını açıqlayıb.
APA xəbər verir ki, CENTCOM-un məlumatına görə, bu, ardıcıl doqquzuncu gecə həyata keçirilən əməliyyat olub.
Bildirilib ki, zərbələr zamanı komanda mərkəzləri, sahil müşahidə məntəqələri, hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinə aid obyektlər, raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi mövqelər vurulub.
****
03:41
ABŞ Silahlı Qüvvələri İrana qarşı növbəti hava zərbələri seriyasına başlayıb.
APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, yeni hücumlar ABŞ-ın şərq sahili vaxtı ilə saat 19:00-da başlayıb və bu, ardıcıl doqquzuncu gecə həyata keçirilən əməliyyatlardır.
CENTCOM-un açıqlamasına görə, zərbələrin məqsədi İranın Hörmüz boğazında kommersiya gəmilərinə qarşı hücumlarda istifadə etdiyi hərbi potensialı daha da zəiflətməkdir.