Bank Of Baku

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib
# 16 aprel 2025 18:34 (UTC +04:00)

ABŞ İranla əlaqəli neft tankerlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib.

Nazirlik 7 müəssisə və 5 tankeri İslam Respublikasının neft ixracı ilə əlaqəsi olduğuna görə sanksiya siyahısına daxil edib.

Sanksiyaların bu raundunda hədəflənən şirkətlər müxtəlif ölkələrdə, o cümlədən Panama, Honq-Konq, Malayziya, Çin və Marşal adalarında qeydiyyatdan keçib. Bu siyahıya əlavə edilən tankerlər də bu qurumlarla əlaqələndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR