Bank Of Baku

ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacağını açıqlayıb

ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacağını açıqlayıb
# 05 avqust 2026 20:55 (UTC +04:00)

ABŞ Maliyyə Nazirliyi İraqın "Fly Baghdad" aviaşirkətinin sanksiyalar siyahısından çıxarılmasının Tehrana münasibətdə sanksiya siyasətində dəyişiklik anlamına gəlmədiyini bildirib.

Bu barədə "Fox News" məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, bu qərar Vaşinqtonun İran hakimiyyətinə, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH), onun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinə, terrorçu təşkilatlar siyahısına salınmış qurumlara və onları dəstəkləyən şəxslərə münasibətdə siyasətinin dəyişməsi demək deyil.

Nazirlik qeyd edib ki, "Fly Baghdad" aviaşirkətinə qarşı sanksiyalar şirkətlə bağlı təqdim olunan məlumatların nəzərdən keçirilməsindən sonra adi inzibati prosedur çərçivəsində ləğv olunub. Eyni zamanda aviaşirkətə məxsus iki təyyarə də sanksiya siyahısından çıxarılıb.

ABŞ rəsmilərinin sözlərinə görə, "Fly Baghdad" fəaliyyət prinsiplərinin dəyişdiyini və artıq sanksiyaların tətbiqi üçün əsasların qalmadığını sübut edib.

Qeyd edək ki, ABŞ 2024-cü ilin yanvarında "Fly Baghdad" aviaşirkətinə qarşı sanksiyalar tətbiq etmişdi. Vaşinqton şirkəti SEPAH-a, eləcə də onun İraq, Suriya və Livandakı strukturlarına dəstək verməkdə ittiham edirdi. Aviaşirkət bu iddiaları rədd etmiş, daha sonra isə fəaliyyətini dayandırdığını açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR