Bank Of Baku

ABŞ İranı daha sərt sanksiyalarla hədələyib

ABŞ İranı daha sərt sanksiyalarla hədələyib
# 08 aprel 2025 20:30 (UTC +04:00)

ABŞ Tehranla nüvə proqramı üzrə razılaşmanın əldə olunmaması halında Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək.

APA "CNBC"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın enerji naziri Kris Rayt bildirib.

“İrana qarşı çox sərt sanksiyalar gözləyirəm və ümid edirəm ki, bu, Tehranı nüvə proqramından imtina etməyə vadar edəcək”, – Rayt qeyd edib.

Onun sözlərinə görə, sanksiyaların sərtləşdirilməsi neft sektorunu da əhatə edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR