ABŞ Kəşfiyyat İdarəsinin rəhbəri: Dünya nüvə məhvi astanasındadır

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard

© APA | ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard

# 11 iyun 2025 05:17 (UTC +04:00)

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard bəyan edib ki, hazırda dünya nüvə münaqişəsi və bunun nəticəsində insanlığın məhvi təhlükəsi ilə üz-üzədir.

APA xəbər verir ki, bu barədə o, şəxsi "YouTube" kanalında yayımlanan çıxışı zamanı danışıb.

“Bu gün biz nüvə məhvinə hər zamankından daha yaxınıq,” – deyə Qabbard bildirib.

Onun sözlərinə görə, siyasi elita və müharibə tərəfdarları məsuliyyətsiz şəkildə nüvə dövlətləri arasında qorxu və gərginlik toxumu səpməklə təhlükəni daha da artırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR