Bank Of Baku

ABŞ İrana silsilə zərbələr endirməyə başlayıb

ABŞ İrana silsilə zərbələr endirməyə başlayıb
# 08 iyul 2026 01:41 (UTC +04:00)

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı silsilə güclü zərbələr endirməyə başladığını bəyan edib.

APA xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat İranın Hörmüz boğazından keçən üç kommersiya gəmisinə hücumuna cavab olaraq həyata keçirilir.

"Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının qüvvələri beynəlxalq su yolunda mülki şəxslərin idarə etdiyi ticarət gəmilərinin hədəfə alınmasına görə İrana ciddi bədəl ödətdirmək məqsədilə bir sıra güclü zərbələr endirməyə başlayıb", - açıqlamada bildirilib.

CENTCOM qeyd edib ki, İranın hərəkətləri səbəbsiz, təhlükəli olub və atəşkəs rejiminin açıq şəkildə pozulması hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR