Bank Of Baku

ABŞ Moldovada 530 milyon dollarlıq layihələr həyata keçirməyi planlaşdırır

ABŞ Moldovada 530 milyon dollarlıq layihələr həyata keçirməyi planlaşdırır
# 10 noyabr 2026 05:30 (UTC +04:00)

ABŞ Moldovada diplomatik və enerji infrastrukturunun inkişafına ümumilikdə 530 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Bunu ABŞ-ın Moldovadakı yeni səfiri Cozef Mark Burkhalter “Moldova 1” telekanalına müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Vaşinqton Kişineuda yeni səfirlik binasının tikintisinə 400 milyon dollar, Moldovanın Avropa elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək elektrik ötürücü xəttin inşasına isə 130 milyon dollar ayırmağı nəzərdə tutur.

Burkhalter vurğulayıb ki, ABŞ Moldovaya marağını itirməyib və ölkədə uzunmüddətli fəaliyyətini davam etdirmək niyyətindədir.

“Bizim buradakı mövcudluğumuz amerikalıların qalacağının aydın göstəricisidir. Moldova bundan sonra da bizim dostumuz olacaq. İkitərəfli münasibətlərin genişləndirilməsinə yönəlmiş layihələri inkişaf etdirməyə davam edəcəyik”, – səfir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR