ABŞ hesab edir ki, dəyərlərə yanaşma fərqli olduğu üçün Rusiya Avropa Şurasının tərkibində yer almamalıdır.
APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
“Rusiya aşkar surətdə Avropa Şurası ilə eyni dəyərləri bölüşmür. Bu səbəbdən onun Şura üzvləri sırasında yer almaması əsaslandırılmış hesab edilə bilər”, - deyə Prays vurğulayıb.
***
22.54
ABŞ hesab edir ki, Rusiya Avropa Şurasının tərkibində yer almamalıdır.
APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.