Bank Of Baku

ABŞ Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı sanksiya irəli sürə bilər

ABŞ Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı sanksiya irəli sürə bilər
# 15 mart 2022 01:14 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı mümkün sanksiyaları inkar etməyib.

APA TASS-a istinadən xəbər verir ki, jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays Moskvaya dəstək verdiyinə görə Vaşinqtonun Pekinə qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Biz bunun nə ilə nəticələnə biləcəyini açıqlamaq fikrində deyilik. Aydındır ki, hazırda biz belə bir ehtimalı nəzərdən keçirmək istəmirik”, - deyə diplomat bildirib.

Ned Prays bildirib ki, iki ölkə arasında əməkdaşlığın gələcəkdə hansı səviyyədə olması sual doğurur.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR