Bank Of Baku

ABŞ Sahil Mühafizəsi Nantaket yaxınlığında itkin düşən təyyarənin qalıqlarını tapıb - YENİLƏNİB

ABŞ Sahil Mühafizəsi Nantaket yaxınlığında itkin düşən təyyarənin qalıqlarını tapıb - YENİLƏNİB
# 04 oktyabr 2026 08:56 (UTC +04:00)

ABŞ Sahil Mühafizəsi Massaçusets ştatının Nantaket adası yaxınlığında itkin düşən təyyarənin qalıqlarını aşkar edib.

APA xəbər verir ki, qurumun məlumatına görə, təyyarə Bermud adalarından Bostona uçarkən itkin düşüb.

“Sahil Mühafizəsinin axtarış qrupları təyyarə qalıqlarının olduğu ərazini aşkar edib və onların itkin düşmüş hava gəmisinə aid olduğunu təsdiqləyib. Təyyarənin göyərtəsində olan altı nəfərin axtarışları davam etdirilir”, – məlumatda bildirilib.


***
20:53

ABŞ Sahil Mühafizəsi Nantaket adası sahillərində göyərtəsində altı nəfərin olduğu təyyarənin axtarışını aparır.

APA xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin “X” hesabında yayılan məlumata görə, Federal Aviasiya Administrasiyası şənbə günü səhər saatlarında “Gulfstream” təyyarəsi ilə əlaqənin kəsildiyini bildirib.

“Sahil Mühafizəsi göyərtəsində altı nəfərin olduğu “Gulfstream” təyyarəsini axtarır. ABŞ Federal Aviasiya Administrasiyası şənbə günü səhər saatlarında hava gəmisi ilə əlaqənin itdiyini bildirib. Axtarışlar Nantaket sahillərində aparılır”, – məlumatda qeyd olunub.

Bildirilib ki, təyyarə Bermud adalarından Bostona uçurdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR