Paşha Bank
Bank Of Baku

Bosniya və Herseqovinada seçki keçirilir, Aİ-yə üzvlük prosesi risk altındadır

Bosniya və Herseqovinada seçki keçirilir, Aİ-yə üzvlük prosesi risk altındadır
# 04 oktyabr 2026 09:27 (UTC +04:00)

Bosniya və Herseqovinada ölkənin Avropa İttifaqına üzvlük perspektivinə təsir göstərə biləcək ümumi seçkilər keçirilir.

APA-nın Reuters-ə istinadən xəbərinə görə, seçicilər üç üzvdən ibarət Rəyasət Heyətinin üzvlərini, ölkə parlamentinin deputatlarını, həmçinin Bosniya və Herseqovinanın iki əsas subyektində regional qanunverici orqanların nümayəndələrini seçirlər.

Seçkilər ölkədə iqtisadi artımın zəifləməsi, Aİ-yə inteqrasiya prosesinin ləngiməsi və uzun müddətdir davam edən siyasi böhran fonunda keçirilir.

Bosniya və Herseqovina 2022-ci ildə Aİ-yə namizəd statusu alıb, 2024-cü ildə isə üzvlüklə bağlı danışıqların başlanmasına razılıq verilib. Lakin məhkəmə sisteminə nəzarətin gücləndirilməsi və korrupsiyaya qarşı qanunların qəbulu kimi əsas tələblərin yerinə yetirilməməsi səbəbindən faktiki danışıqlar hələ başlamayıb.

Seçkilərdə bosniyalıların SDA, serblərin SNSD və xorvatların HDZ BiH partiyaları çoxmillətli müxalifət koalisiyaları ilə mübarizə aparır. Sorğulara əsasən, SDA 21,4 faizlə ölkə üzrə cüzi üstünlüyə malikdir. Serb Respublikasında isə Rusiya və Serbiya ilə sıx münasibətlərin tərəfdarı olan Milorad Dodikin rəhbərlik etdiyi SNSD 34,2 faizlə öndədir.

Reuters qeyd edib ki, seçkinin nəticələri təkcə Bosniyanın Aİ-yə inteqrasiyasına deyil, ABŞ və Rusiyanın ölkədəki təsir imkanlarına da təsir göstərə bilər.

İlkin nəticələrin səsvermə başa çatdıqdan sonra açıqlanacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR