ABŞ və Çin arasında iyunun 9-da Londonda baş tutacaq görüşdə əsas diqqət gömrük rüsumlarına deyil, ixrac nəzarəti tədbirlərinə yönələcək.
APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Nəşr yazır ki, son həftələrdə iki ölkə arasında davam edən ticarət qarşıdurmasında diqqət rüsumlardan ixrac məhdudiyyətlərinə keçib.
Görüşün ticarət nazirləri səviyyəsində keçiriləcəyi gözlənilir.