ABŞ-ın İrana qarşı keçirdiyi hərbi əməliyyatın ümumi dəyəri təxminən 30 milyard dollar təşkil edib.
APA xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru Rassel Vout bildirib.
O, bəzi məlumatlarda əməliyyatın dəyərinin 100 milyard dolları keçdiyinin iddia edilməsinə münasibət bildirərək, Müdafiə Nazirliyindən aldıqları hesablamalara əsasən xərclərin təxminən 30 milyard dollar olduğunu deyib.