Bank Of Baku

Vens: Çin enerji infrastrukturunun artırılması sayəsində süni intellekt sahəsində ABŞ-ı qabaqlayır

Vens: Çin enerji infrastrukturunun artırılması sayəsində süni intellekt sahəsində ABŞ-ı qabaqlayır
# 01 iyul 2026 00:49 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Cey Di Vens hesab edir ki, Çin məlumat mərkəzlərinin fəaliyyəti üçün zəruri olan enerji infrastrukturunu sürətlə inkişaf etdirdiyi üçün süni intellekt sahəsində ABŞ-ni qabaqlayır.

O, bu fikirləri jurnalist Maykl Noulzaya müsahibəsində səsləndirib.

"Məncə, çinlilər süni intellekt sahəsində bizi yalnız bir məsələdə qabaqlayırlar. Onlar yeni enerji gücləri qurmaqdan çəkinmirlər, biz isə çəkinirik. ABŞ-da ekoloji hərəkat reallıqla məhz burada üz-üzə qalacaq. Əgər süni intellekt şirkətləri bunu başa düşməsələr, yeni enerji güclərinin tikintisi ilə ekoloji hərəkat arasındakı qarşıdurmanın ilk qurbanları ABŞ-dakı süni intellekt məlumat mərkəzləri olacaq", - deyə Vens bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR