Qətərdə İranla danışıqlarda Cared Kuşner və Stiv Uitkoff iştirak edəcək.
APA xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Kerolayn Levit “Fox News”a açıqlamasında bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla danışıqların 30 iyun tarixində Qətəri paytaxtı Dohada baş tutacağını iddia edib. Hələlik İran tərəfi məsələyə münasibət bildirməyib.